» » İrandan qadınlarla bağlı inqilabi qərar-

İrandan qadınlarla bağlı inqilabi qərar- Qadınlar nəyə baxa biləcəklər?

Bölmə: BLOK XƏBƏR
İrandan qadınlarla bağlı inqilabi qərar-
İranda qadınlarla bağlı daha bir gözlənilməz qərar verilib. Bu ölkədə qadınların tribunalardan kişilərin oyunlarının izləməsi qadağan idi.

ans press-in məlumatına görə, indi əcnəbi qadınların voleybol matçları izləməsinə icazə verilib. Onlar paytaxt Tehranda keçiriləcək turnirləri izləyə biləcəklər.

İran Voleybol Federasiyasının başçısı Mahmud Afşardost İranın ev sahibliyi edəcək turnirin iyun avqust aylarında keçiriləcəyini deyib. O, Asiya kişilər arasında voleybol çempionatında əcnəbi qadınların yarışları salondan izləməsində bir problem olmadığını deyib.

Afşardost tərəfindən Asiya Voleybol Konfederasiyasına məktub göndərilib. Məktubda deyilir:

"Qadın səfirlik işçiləri, xarici komandadakı oyunçuların ailələri, əcnəbi qadın izləyicilər və Tehranda yaşayan digər əcnəbilər yarışlar keçirilən salonda ola bilərlər".

Məktubda həmçinin çempionatın keçiriləcəyi Azadi Kompleksində qadınlar üçün müvafiq və xüsusi bir yer təşkil ediləcəyi qeyd edilib.

Qeyd edək ki, bir müddət öncə İranda voleybol matçını stadionda kişilərlə birlikdə izləmək istəyən 25 yaşlı İngiltərə vətəndaşı olan Gonçeh Gavami saxlanılmışdı. O, "rejimə qarşı təbliğat"da ittiham edilərək həbs edilmişdi.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler