Türkiyə ABŞ-ın Yaxın Şərqə çıxışını bağlaya bilər - Sanksiyalara cavab
11 dekabr 2019 14:04
Baxış: 75
Şərh: 0
Çap
Türkiyə S-400 raketlərinin alınmasına görə yaxud Suriyaya ilə bağlı ABŞ-ın tətbiq edə biləcəyi sanksiyalara sərt reaksiya verəcək.
Xalqinfo.az Türkiyə XİN-nə istinadən xəbər verir ki, sanksiya tətbiq olunacağı halda, Türkiyə İncirlik hərbi bazasını ABŞ üçün bağlayacaq.
“Konqresin üzvləri anlamalıdır ki, Türkiyəyə öz iradələrini zorla qəbul etdirə bilməzlər. Biz İncirlik bazası ilə yanaşı, Kürecik bazasının da istifadəsinə qadağa qoya bilərik”.
Xatırladaq ki, İncirlik bazası İkinci Dünya Müharibəsindən sonra Türkiyə ərazisində NATO-nun əsas hərbi məntəqəsidir. Yaxın Şərqə nəzarət etməyə imkan verən baza “Soyuq müharibə” dövründə SSRİ ərazisinə kəşfiyyat uçuşları üçün istifadə olunurdu. ABŞ bu hərbi bazadan İraq, Suriya və Əfqanıstandakı hərbi əməliyyatlar zamanı aktiv şəkildə istifadə edib.
İncirlik bazası ABŞ-ın Yaxın Şərqdə əsas dayaq nöqtəsidir. Bazada 80-ə qədər nüvə bombası saxlanılır.
|