» » Ceyhun Bayramov 4 min şagirdin sinifdə saxlanılmasının səbəblərini açıqlayıb

Ceyhun Bayramov 4 min şagirdin sinifdə saxlanılmasının səbəblərini açıqlayıb

Bölmə: MANŞET
 Ceyhun Bayramov 4 min şagirdin sinifdə saxlanılmasının səbəblərini açıqlayıb



"Təbii ki, ötən il Azərbaycanda 4000 şagirdin sinifdə qalması təhsil sistemi üçün narahatedici məqamdır. Hər bir hala baxılır və analiz edilir".

"Report" xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Yeni Azərbaycan Partiyasında keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, Azərbaycanda 1 milyondan çox şagird təhsil alır: "Qanunvericilikdə şagirdlərin sinifdə saxlanılmasının xüsusi meyarları var. Meyarlara əsasən, orta ümumtəhsil məktəblərində təhsil səviyyəsində şagirdin il ərzində 4 və daha çox fəndən davamiyyətsizliyi varsa, o zaman şagird sinifdə saxlanıla bilər. Fənlərin sayı 4-dən azdırsa yay tapşırıqları verilir. Tapşırıqların nəticəsi olaraq tədris öncəsi onların bilikləri yenidən qiymətləndirilir və növbəti sinfə keçirilir".

O qeyd edib ki, əgər sinifdə saxlanılan şagirdlərin sayı 4000-dən çoxdursa, deməli, onlar bir çox fəndən proqramı mənimsəyə bilməyiblər: "Yaxud da üzrsüz səbəbdən uzun müddət dərslərdə iştirak edə bilməyiblər. Bu da tədris proqramının mənimsənilməməsi üçün daha bir səbəbdir".

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler