» » “Razılaşdırılmamış yürüşün keçirilməsinə imkan verilməyəcək” - Müsavata xəbərdarlıq

“Razılaşdırılmamış yürüşün keçirilməsinə imkan verilməyəcək” - Müsavata xəbərdarlıq

Bölmə: Xəbər, BLOK XƏBƏR, MANŞET
“Razılaşdırılmamış yürüşün keçirilməsinə imkan verilməyəcək” - Müsavata xəbərdarlıq
Bakı şəhər Baş Polis İdarəsi Müsavat Partiyasının oktyabrın 21-ə təyin etdiyi yürüşlə bağlı xəbərdarlıq edib.

Bu barədə APA-ya açıqlama verən Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov bildirib ki, paytaxtda razılaşdırılmamış yürüş-mitinqin keçirilməsinə imkan verilməyəcək:

“Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış hər hansı aksiyanın və ya yürüşün keçirilməsi yolverilməzdir. Əgər kimlərsə paytaxtda qanunun tələbini və ictimai qaydanı pozaraq razılaşdırılmamış aksiya və ya yürüş keçirməyə cəhd edərlərsə, bunun qarşısı tərəfimizdən qətiyyətlə alınacaq.

Qəti şəkildə bildirirəm ki, belə bir cəhdə təşəbbüs göstərənlər və razılaşdırılmamış yürüşdə iştirak edənlər məsuliyyətə cəlb olunacaqlar”.

Qeyd edək ki, Müsavat Partiyası oktyabrın 21-də Bakıda yürüş keçirməklə bağlı qərar qəbul edib, bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ünvanlayıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler