» » Valideynlər direktora görə aksiyaya başladı - Video + Yenilənib

Valideynlər direktora görə aksiyaya başladı - Video + Yenilənib

Bölmə: Sosial, BLOK XƏBƏR, MANŞET
Valideynlər direktora görə aksiyaya başladı - Video + Yenilənib
200 və 43 saylı Məktəb Lisey Kompleksi​nin direktoru Qafar Hüseynovun işdən azad olunmasına etiraz edən həmin məktəbdə təhsil alan uşaqların valideynləri bu gün səhər saatlarından məktəbin qarşısında aksiyaya başlayıblar.

“Xalqinfo” xəbər verir ki, direktorun işdən çıxarılmasına etiraz olaraq valideynlər uşaqları məktəbə gətirməyiblər. Əraziyə polis əməkdaşları cəlb olunub. Valideynlər direktorun işə bərpa olunmağını tələb ediblər.

Övladı bu məktəbddə təhsil alan jurnalist Zamirə Dadaşova deyib ki, bütün valideynlər bu qərarla elm ocağının gələcəyindən narahatdır: “Qafar müəllim bu liseydə canını qoyub. Bu gün mənim iki oğlum liseydə oxuyur. Başqa bər bəzəkli məktəbdən çıxarıb Qafar müəllimə güvənib bu məktəbə gətirmişəm. Bu gün məktəb, müəllim heyəti, şagirdlər və valideynlər acınacaqlı durumdadır.

Mənim oğlumun biri ikinci sinifdə oxuyur və heç bir səbəb gətirmədən Bakı Şəhər Baş Təhsil İdarəsi onların sinfini ikinci növbəyə keçirdi. Hansı əsasla bunu edirlər bilinmir. Halbuki birinci növbədə sinifləri boş qalır. Uşaqlara və valideynlərə əziyyət verirlər.

Direktorun ayağı sınıb və büllütendə ola-ola onu işdən azad edirlər. Hazırda məktəbdə dərslər dayanıb. Nazirlik də deyir ki, bundan xəbərləri yoxdur. Nə etmək isteyirler anlamırıq”.

Hazırda valideynlərin aksiyası davam edir.

***

Valideynlərin sözlərinə görə, direktoru hazırda Əfqan İsgəndərov adlı müəllim əvəzləyir:

"O, əvvəl bu məktəbdə işləsə də, daha sonra Təhsil Nazirliyində fəaliyyətini davam etdirib. Nazirlikdən bura göndərilib".

***

BŞTİ-nin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov “Qafqazinfo”ya açıqlamasında direktorun işdən azad olunmadığını və bunların bir şayiə olduğunu bildirib:

Dünən də dediyim kimi, məktəb və lisey kompleksinin rəhbərliyi hazırda rəsmən fəaliyyətdədir. Sadəcə direktor səhhətiylə bağlı bülletendədir. Ancaq bu şayiələr niyə yayılır, niyə belə xoşagəlməz hallar yaranır onu deyə bilmərəm. Bu günə olan vəziyyət belədir ki, Qafar müəllim işdən azad olunmayıb.

***

Hazırda Təhsil Nazirliyində də məsələ araşdırılır və qurum baş verənlərə gün ərzində münasibət bildirəcək.

***

Direktoru əvəz edən Əfqan İsgəndərov bildirib ki, Qafar Hüseynovun işdən azad olunması barədə əmr yoxdur.


Valideynlər direktora görə aksiyaya başladı - Video + Yenilənib

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler