» » Deputat Hacı Qalibin həbsini tələb edir

Deputat Hacı Qalibin həbsini tələb edir

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
Deputat Hacı Qalibin həbsini tələb edir
Milli Məclisin üzvü Çingiz Qənizadə keçmiş həmkarı, son günlər mətbuatda ona qarşı ağır ittihamlar səsləndirən Hacı Salahzadəni xüsusi ittiham qaydasında məhkəməyə verməyə hazırlaşır.

Bu barədə “Qafqazinfo”ya açıqlama verən deputat bildirib ki, artıq vəkilləri ilə müqavilə bağlayıb, Qalib Salahzadəni məhkəməyə verərək həbsini tələb edəcək.

Onun sözlərinə görə, Hacı Qalib mətbuata müsahibəsində şərəf və ləyaqətini təhqir edib, ona qarşı böhtan atıb:

“Hacı Qalib mənim nə vaxtsa ondan 30 min dollar rüşvət aldığımı deyib, eyni zamanda keçmişimlə bağlı şərəf və ləyaqətimə təhqir olan sözlər səsləndirib. Bu ittihamlara cavab verməlidir”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler