» » Rüşvət alarkən həbs olunan direktorun yerinə - Təyinat

Rüşvət alarkən həbs olunan direktorun yerinə - Təyinat

Bölmə: Mədəniyyət, MANŞET
Rüşvət alarkən həbs olunan direktorun yerinə - Təyinat
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin əmri ilə xalq artisti Samir Cəfərova vəzifə verilib. Opera və Balet Teatrının solisti Gəncə Dövlət Filarmoniyasına yeni direktor təyin olunub.

Xalqinfo”nun əldə etdiyi məlumata görə, nazir ötən gün Gəncədə olub. Vətəndaşlarla görüşən Qarayev məlum əmri elə orada olarkən verib.

Xatırladaq ki, sözügedən postla bağlı dəfələrlə mediada məlumat yayımlanmışdı. Belə ki, Azərbaycanın xalq artisti Şahnaz Haşımova 19 il Filarmoniyanın direktoru olub. O, bu ilin mart ayında nazirin əmri ilə vəzifəsindən azad olunub.

Xalq artistini əvəzedən director Gülçin Mirzəyeva isə qalmaqallı şəkildə işdən çıxarılıb. Onunla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi açılıb. Xanım direktorun rüşvət alarkən görüntüləri yayılmışdı.


Rüşvət alarkən həbs olunan direktorun yerinə - Təyinat
Rüşvət alarkən həbs olunan direktorun yerinə - Təyinat

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler