» » Bəşirov vəzifə xəbərindən danışdı - “Kəmaləddin Heydərovla dostam”

Bəşirov vəzifə xəbərindən danışdı - “Kəmaləddin Heydərovla dostam”

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
Bəşirov vəzifə xəbərindən danışdı - “Kəmaləddin Heydərovla dostam”
Prezidentin Sərəncamı ilə ləğv edilən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun köməkçisi vəzifəsinə təyin edilməsi barədə yayılan məlumatlara münasibət bildirib.

Xalqinfo” xəbər verir ki, A.Bəşirov Ölkə.Az-a açıqlamasında yayılan məlumatların doğru olmadığını söyləyib:

“Mən necə vəzifəyə təyin edilmişəm ki, xəbərim yoxdur? Bilirsiniz, bu “qız evində toydur, oğlan evinin xəbəri yoxdur” misalına bənzəyir. Mən heç bir vəzifəyə təyin olunmamışam, evimdə istirahət edirəm. Ola bilsin ki, kimsə məni Fövqəladə Hallar Nazirliyinin binasında görüb, ona görə də belə yazırlar. Mən nazir Kəmaləddin Heydərovla dostam, hərdən də nazirliyə gedib onunla görüşürəm. Həm də evim Nazirliyin yüz metrliyində yerləşir. Bütün bunlar o demək deyil ki, mən FHN-də işə düzəlmişəm. Yenə deyirəm, bu cür məlumatlar tamamilə yalandır”

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler