Hamı ondan danışır - FotolarÖtən gün İngiltərədə baş verən terror olayı ilə bağlı bəzi detallar üzə çıxıb. “Xalqinfo” xarici KİV-ə istinadən xəbər verir ki, parlament binasına həyata keçirilən hücum nəticəsində 5 nəfər ölüb, 40-a yaxın insan isə yaralanıb. Yaralılara yardım edən baş nazirin köməkçisi isə xüsusi diqqət çəkib. Belə ki, İngiltərənin Orta Şərq üzrə xarici işlər nazirinin köməkçisi Tobbi Ellvud terrorist tərəfindən yaralanan polis işçisinin həyatını qurtarmaq üçün ürək masajı etməsi və digər yaralalılara köməyi diqqətdən qaçmayıb. Ellvud çox çalışsa da, polis işçisinin həyatını qurtara bilməyib və buna görə dərin üzüntü yaşaması kameralara tuş gəlib. İngiltərə mediası nazir köməkçisini “qaçmaq yerinə, yaralılara kömək etdi” şəklində təqdim edib. |
XƏBƏR LENTİ
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|