» » “Qarabağ”ın qapıçısı qəza törətdi - 6 aylıq körpə öldü

“Qarabağ”ın qapıçısı qəza törətdi - 6 aylıq körpə öldü

Bölmə: Kriminal, Idman, BLOK XƏBƏR, MANŞET
“Qarabağ”ın qapıçısı qəza törətdi - 6 aylıq körpə öldü

Tanınmış futbolçu, “Qarabağ”ın qapıçısı Emil Balayev qəza törədib.

Xalqİnfo.az bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Suraxanı rayonunda, Ağdam klubunun bazasının yanında baş verib. Belə ki, qolkiper idarə etdiyi "BMW X5" markalı 10 0H 111 nömrəli avtomobil ilə "Mercedes" markalı avtomobili vurub.

"Mercedes"də olan 6 aylıq körpə ölüb. Valideynlərinin vəziyyətinin ağır olduğu bildirilir.

Yol-nəqliyyat hadisəsindən sonra Emil Balayev polis tərəfindən saxlanılıb-saxlanılmadığı bilinmir.

Qeyd edək ki, Emil Balayev peşəkar karyerasına "Neftçi"də başlayıb. Daha sonra o, icarə əsasında "Sumqayıt" və "Mil Muğan"da çıxış edib. Balayev legioner həyatı yaşamağa da nail olub. 2015-ci ildə "Ayntraxt"a keçən futbolçu 1 il sonra Azərbaycana qayıdıb və "Qarabağ"la müqavilə imzalayıb. O, Azərbaycan milli komandasına da dəvət alıb.

"Qarabağ"ın mətbuat xidməti məlumatı təsdiq edib.

"Qarabağ" bu gün Avropa Liqasının qrup mərhələsində son oyununa çıxır. Qurban Qurbanovun komandası 1/16 finala adlamaq üçün italyanlarla oyunda sərfəli nəticə qazanmalıdır.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

“Qarabağ”ın qapıçısı qəza törətdi - 6 aylıq körpə öldü
“Qarabağ”ın qapıçısı qəza törətdi - 6 aylıq körpə öldü
“Qarabağ”ın qapıçısı qəza törətdi - 6 aylıq körpə öldü

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler